Logo

Nazir: Şagird öyrənmirsə, bunun məsuliyyəti müəllim və valideynlərdədir

11.09.2025 12:04 38 baxış
IMG

“Sertifikatlaşdırmadan kəsilən müəllimlərin meyarları müəyyən edilir, məsələn, əlilliyi olan, himayəsində əlil insan olan və s. Bu müəllimlər müəyyən edilərək işlə təmin olunurlar”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Nazir bildirib ki, bu prosesdə nazirliyin əsas diqqət mərkəzində olan şagirdlərdir: “Bizim əsas hədəfimiz odur ki, şagird öyrənsin. Kiminsə işləməsi bizim əsas məqsədimiz deyil, şagird öyrənməlidir ki, müəllim də işləyə bilsin. Müəllimin işinin vəzifəsi şagirdi öyrətməkdir. Müəllim ola bilsin ki, fənnini bilir, amma öyrədə bilmir. Əsas məsələ onun şagirdi öyrədə bilməsidir. Şagird öyrənmirsə, bunun məsuliyyəti müəllim və valideyndədir”.

Xəbər lenti