Logo

Ali məktəblərdə təhsil haqları dövlət nəzarəti ilə müəyyənləşdirilməlidir

11.09.2025 11:59 30 baxış
IMG

Ali təhsil müəssisələrində təhsil haqqının qaldırılması dövlətin nəzarəti ilə həyata keçirilməlidir

TƏHSİL.BİZ  xəbər verir ki, komitənin üzvü Ceyhun Məmmədov Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı bəzi universitetlərdə təhsil haqlarının qaldırılmasının ciddi narazılıq doğurduğunu bildirib. Onun sözlərinə görə, hər bir ali məktəb qiymətləri özbaşına müəyyənləşdirməməlidir.

Deputat təklif edib ki, təhsil haqları ilə bağlı qərarlar ya Nazirlər Kabineti, ya da başqa rəsmi təsdiq mexanizmi vasitəsilə tənzimlənməli, proses dövlət nəzarəti altında aparılmalıdır.

Xəbər lenti