Logo

72 mindən çox müəllimin maaşı ARTACAQ

11.09.2025 11:24 45 baxış
IMG

Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib.

Beləliklə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə isə birinci mərhələ başa çatıb.

Xəbər lenti