Logo

Naxçıvanda peşə təhsili müəssisələrinin ilk məzunlarına diplomlar təqdim olunub

11.09.2025 09:05 46 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin, Şərur və Ordubad Peşə liseylərinin ilk məzunlarına diplomlar təqdim olunub. 

Nazirliyin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 4 ixtisas üzrə 54, Şərur Peşə Liseyində 4 ixtisas üzrə 40, Ordubad Peşə Liseyində isə 4 ixtisas üzrə 44 tələbə olmaqla, ümumilikdə 12 qrup üzrə 138 tələbə təhsilini başa vurub. Onlardan 3-ü fərqlənmə nümunəli diploma layiq görülüb.

Tələbələr kargüzar, mühafizəçi və bərbər ixtisaslarını ilk peşə, kompüterlərin təmiri və xidməti üzrə texnik, avtomobil üzrə elektrik, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, qənnadıçı, şirniyyatçı, dəmiryolu stansiya və keçid növbətçisi ixtisaslarını texniki peşə təhsil səviyyələri üzrə başa vurub.

Məlumat üçün bildiririk ki, 2024-cü ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron şəkildə portal.edu.az vasitəsilə ölkə üzrə mərkəzləşmiş qaydada həyata keçirilir. Qəbul ilk və texniki peşə təhsil səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında aparılır.

2024-2025-ci tədris ili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 27 adda 35 ixtisas üzrə 700 yerlik qəbul planı tərtib olunub və 3 müəssisə üzrə 462 tələbə peşə təhsilinə cəlb olunub.

 

 

 

 


 

Xəbər lenti