Logo

Yeni “İngilis dili” dərsliyi 4 bacarığı bərabər inkişaf etdirəcək

09.09.2025 15:20 90 baxış
IMG

“Digər dərsliklərlə müqayisədə “İngilis dili (Game Changer)”nin önəmli fərqlərindən biri onun mövcud beynəlxalq resurs əsasında hazırlanmasıdır”. 

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri 2025/2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “İngilis dili (Game Changer)” dərslik komplektinin təqdimatına həsr edilən vebinarda layihə rəhbəri Ülkər Babayeva səsləndirib.

O bildirib ki, “Cambridge” nəşriyyatı tərəfindən ingilis dilini ikinci dil kimi öyrənənlər üçün tərtib olunmuş dərslik komplekti Elm və Təhsil Nazirliyi tərəfindən əldə olunub və yerli şərtlərə uyğunlaşdırılıb:

“Adaptasiya zamanı əsas diqqət dörd əsas bacarığın (dinləmə, danışma, oxu və yazı) hər birinin bərabər şəkildə inkişaf etdirməsinə yönəldilib”. 

Ülkər Babayevanın sözlərinə görə, əvvəlki bəzi dərsliklərdə bu bacarıqlardan biri və ya bir neçəsi zəif inkişaf etdirilirdi. Lakin yeni dərslik komplekti bu baxımdan ciddi üstünlüyə malikdir. Kitaba daxil olan audio və videomateriallar, interaktiv tapşırıqlar və əlavə resurslar vasitəsilə şagirdlərə müasir, effektiv dil öyrənmə imkanı yaradılır.

 


 

Xəbər lenti