Logo

SDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

10.10.2024 12:11 290 baxış
IMG

Sumqayıt Dövlət Universiteti (SDU) qlobal davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE) tamhüquqlu üzvləri sırasına qoşulub.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Qeyd edək ki, AASHE ali təhsil müəssisələrinin davamlı inkişaf prinsiplərinə sadiqliyini gücləndirmək və onların bu istiqamətdə fəaliyyətini dəstəkləmək üçün qlobal səviyyədə tanınmış bir platformadır.

Bu üzvlük universitetin beynəlxalq arenada mövqeyini gücləndirərək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etməsinə imkan verəcək, ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı bir gələcək qurmaq üçün göstərdiyi səyləri dəstəkləyəcək, eləcə də SDU-ya davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı yaradacaq.

Xəbər lenti