Logo

Məşhur reperin klip çəkilişi zamanı atışma olub

07.01.2023 09:49 268 baxış
IMG

Amerikalı reper Frenç Montananın yeni klipinin çəkilişi zamanı atışma olub.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Florida ştatının Mayami-Qardens şəhərində "The Licking" restoranının yaxınlığında baş verib. Nəticədə 10 nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Hadisə şahidlərindən biri olan Sed Moqulun sözlərinə görə, çəkilişləri izləyən kütlə arasından birinin saatı, açarı və pul kisəsi oğurlanıb. Bundan sonra 13-15 atəş səsi eşidilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti