Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yeni strukturu və nizamnaməsi təsdiqlənib.
Tehsil.biz xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
İclasda, həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Etnoqrafiya və etnologiya” ixtisası üzrə doktorant və dissertantlarının AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna keçirilməsi haqqında qərar verilib.