Logo

BMU-da tələbələr İKTA-nın iş imkanları və təcrübə proqramı barədə məlumatlandırılıb

30.10.2024 23:50 240 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) tanıtımı, onun fəaliyyət istiqamətləri, tələbələrə yaratdığı iş imkanları, təşkil etdiyi yay təcrübə proqramı ilə bağlı infosessiya keçirilib.

Bu barədə Tehsil.biz-ə BMU-dan bildirilib. Universitetin informasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrinin iştirak etdiyi tədbirdə agentliyin əməkdaşı Sarvan Cəbrayılzadə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İKTA haqqında ətraflı məlumat verib. Eyni zamanda, telekommunikasiya və poçt sahəsində tənzimləyici bir qurum kimi çıxış edən İKTA-nın əsas vəzifələrini diqqətə çatdırıb.

Sessiya zamanı tələbələrin agentlikdə təcrübə keçmək imkanlarından, o cümlədən işə qəbul prosesi, onun müsahibə mərhələsində uğurlu iştirakdan bəhs olunub. Bildirilib ki, çağdaş dövrdə informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu sahədə kadr bazasının möhkəmlənməsinə ehtiyac artır. Agentliyin əmək bazarına yeniliklərə hazır, texnoloji bacarıqlara yiyələnən, yüksəkixtisaslı kadrlar təqdim edən ali məktəblərdə keçirdiyi infosessiyalar da məhz texnoloji qurumlar üçün kadr potensialını formalaşdırmaq məqsədi daşıyır.

Tədbir tələbələri maraqlandıran məsələlər ətrafında sual-cavab sessiyası ilə davam edib.

Xəbər lenti