Logo

Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib - FOTO

16.05.2024 12:02 240 baxış
IMG

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, Şura əməkdaşları BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. 

Şuradan "Tehsil.biz"ə bildirilib ki, tədbiri açan BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın əməkdaşları audiovizual media və onun tənzimlənməsi normaları haqqında geniş təqdimatla çıxış ediblər. Məlumat almaq hüququ, yayımlanması məhdudlaşdırılan informasiyalar, yayımlanmış materialların saxlanılması, mediada reklamın yayılması, audiovizual media sahəsində lisenziyalaşdırma və digər mövzular barədə tələbələrə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti