Logo

Rusiyada məktəblilərin olduğu avtobus qəzaya düşüb

02.01.2023 18:52 523 baxış
IMG

Bu gün Rusiyanın Kaluqa vilayətində məktəb avtobusu qəzaya uğrayıb.

Tehsil.biz xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, 1967-ci il təvəllüdlü sürücü məktəbli avtobusunu idarə edərkən idarəetməni itirib.

Qəza zamanı avtobusda 10 uşaq və 2 böyük olub.

Qəza nəticəsində iki qızın yaralandığı bildirilir. Onlara tibbi yardım göstərilib.

Polis qəzanın səbəblərini araşdırır.

Xəbər lenti