Logo

GDU-nun Regional Kollecində Məzun günü keçirilib - FOTO

18.05.2024 17:17 318 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) nəzdində fəaliyyət göstərən Regional Kollecdə Məzun günü keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib,

Çıxış edənlər məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, onların müstəqil ölkəmizin hərtərəfli inkişafına layiqli töhfə verəcəklərinə əminliyini söyləyiblər.

Sonra təhsildə və ictimai həyatda fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub.

Tədbir tələbələrin, gənc müğənnilərin və tanınmış incəsənət ustalarının hazırladıqları konsert proqramı ilə davam edib.

Xəbər lenti