Logo

Məşhur amerikalı film ulduzu xəsarət alıb

02.01.2023 15:09 278 baxış
IMG

Tanınmış amerikalı aktyor Ceremi Renner əlverişsiz hava şəraitində xəsarət alıb, vəziyyəti kritikdir.

Tehsil.biz xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor hava yolu ilə xəstəxanaya çatdırılıb. İndi ailəsi onun yanındadır.

Rennerin ağır yaralanması ilə bağlı təfərrüat hələlik məlum deyil. Hadisə aktyorun evinin yerləşdiyi Nevada ştatının Reno şəhəri yaxınlığında baş verib. Həmin vaxt bölgədə güclü qar fırtınası baş verib.

Qeyd edək ki, Rennerin 51 yaşı var. O, kinosevərlər tərəfindən daha çox “The Hurt Locke”r (2008), “City of Thieves” (2010), “Witch Hunters” (2012), “Thor” (2011) və “The Avengers” (2012) daxil olmaqla bir çox digər rolları ilə tanınır.

Xəbər lenti