Logo

Məşhur italyan rejissoru 83 yaşında vəfat edib

31.12.2022 23:10 312 baxış
IMG

Məşhur italyan rejissoru Ruggiero Deodato 83 yaşında vəfat edib.

Tehsil.biz xəbər verir ki, rejissorun ölüm səbəbi hələ açıqlanmayıb.

Deodato kino tarixinin ən məşhur filmlərindən biri kimi tanınan "Adamyeyənlərin cəhənnəmi" qorxu filminin rejissorudur.

Çəkiliş meydançasında heyvanlara qarşı zorakılıq və qəddarlıq səhnələrinin təsvirinə görə, film bir neçə ölkədə uzun müddət qadağan edilib.

Deodaton isə bir sıra kadrlarda real görüntü yaratmaq üçün kamera qarşısında bir neçə aktyoru öldürməkdə şübhəli bilinərək həbs edilib. Daha sonra məhkəmədə rejissorun günahsız olduğu sübuta yetirilib.

Xəbər lenti