"Şuşada inşa ediləcək məktəbdə bəzi dərslərin türkiyəli müəllimlərin keçməsi planlaşdırlır".
Tehsil.biz xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Ziya Selçuk deyib.
Onun sözlərinə görə, Şuşada inşa ediləcək məktəbdə nəyə ehtiyac olarsa hamısı qarşılanacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Ziya Selçuku qəbul edib. Dövlət başçısı qəbulda bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilən bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb.
R.T.Ərdoğan iyunun 15-də Azərbaycana gələcək. Şuşaya səfər isə iyunun 16-na planlaşdırılıb.
report.az