Logo

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2021/2022-ci tədris ili üçün V siniflərə şagird qəbulu elan edir

01.06.2021 09:36 12696 baxış
IMG

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi 2021/2022-ci tədris ili üçün V siniflərə şagird qəbulu elan edir.

 

Liseyə qəbul imtahanı (Azərbaycan bölməsi üzrə 75, rus bölməsi üzrə isə 25 yer olmaqla) aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

 

1. Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual

 

2. Riyaziyyat – 25 sual

 

3. Məntiq – 10 sual

 

Qəbul imtahanında iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:

 

http://qebul-lisey.bsu.edu.az/

 

Qeydiyyat 2021-ci il 01 iyun tarixindən 01 iyul tarixinədək davam edəcəkdir.

 

Qəbul imtahanı 2021-ci il 05 iyul tarixində keçiriləcəkdir.

 

Qəbul imtahanın keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcəkdir.

 

Əlaqə üçün:

 

Telefon: (012) 510-74-54; (012) 510-74-94

 

Elektron-poçt: [email protected]

Xəbər lenti