Logo

Emin Əmrullayev: "2 həftəlik yay məktəbləri təşkil ediləcək"

31.05.2021 20:53 2367 baxış
IMG

"Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləmişdir".

 

Tehsil.biz xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcəyini qeyd edib.

 

""Pandemiya dövründə "itirilmiş öyrənmə"ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm"-deyə nazir bildirib.

Xəbər lenti