Logo

ABŞ-da Nizami Gəncəvinin “Xəmsə”sinin XVII əsrə aid əlyazma nüsxəsinin surəti əldə olunub

31.05.2021 16:27 327 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Vaşinqton şəhərindəki Konqres Kitabxanasında mühafizə olunan Nizami Gəncəvi “Xəmsə”sinin XVII əsrin əvvəllərində köçürülmüş əlyazma nüsxəsinin surətini əldə edib.

"Report" xəbər verir ki, bu barədə institutun elmi işlər üzrə direktor müavini Paşa Kərimov məlum verib.

 

O bildirib ki, M-19 nömrəsi altında qeydiyyata alınmış bu əlyazma kitabın cildi qəhvəyi dəridəndir, lakin arxa qapağı yoxdur: "Hindistanda köçürüldüyü ehtimal olunan əlyazmanın ilk səhifəsi göy rəngli xalça naxışları ilə süslənib. Gözəl nəstəliq xətti ilə köçürülmüş nüsxənin səhifələrini də əlvan nəbati naxışlar bəzəyir. 475 vərəqdən ibarət əlyazmada çoxsaylı miniatür rəsmlər də var. Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir".

Xəbər lenti