Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.
“Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, jurnalistlər təməli qoyulan Ağdam şəhər 1 saylı məktəb binasında olub.
KİV nümayəndələri ermənilər tərəfindən dağıdılan məktəb binasının qalıqları ilə tanış edilib.
Qeyd edək ki, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.