ABŞ-ın Kolumbiya Mühəndislik İnstitutu laboratoriyasının alimləri beş ildir ki, “EVA” adlandırdıqları avtonom robot-android üzərində çalışırlar.
Universitetin saytından verilən məlumata görə, nəhayət ki, mütəxəssislər robota öz hislərini üz cizgilərilə ifadə etməyi öyrədə biliblər. Robot altı hissini – qəzəb, ikrah, qorxu, sevinc, kədər və təəccübünü büruzə verməyi bacarır.
Qeyd edək ki, robot əsasən metal və sərt plastikdən hazırlanıb. Onun bir çox hissələri isə 3D printerdə çap edilib.