Dünən Xudafərin İnkişaf Platformasının təşkil etdiyi “Hər uşağa bir kitab” layihəsi çərçivəsində Cəbrayıllı şagirdlərlə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə millət vəkili Ceyhun Məmmədov da iştirak edib.
Layihənin əsas məqsədi şagirdlər arasında mütaliəyə həvəs və marağın artırılmasıdır.
Deputat bildirib ki, gənclərin və şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində layihələrə dəstəyimiz hər zaman davam edəcək.