Logo

Qərb Universiteti imtahan cavablarının verilməsi üçün ödəniş tələb edir? - FOTO

27.05.2021 17:28 797 baxış
IMG

Qərbi Kaspi Universitetinin tələbələrindən redaksiyamıza verilən məlumatda tələbələrdən 1 manat ödəniş tələb edildiyi bildirilir.

 

Ödənişin universitetin fəlsəfə fakültəsində imtahan cavablarının tələbələrə təqdim edilməsi üçün tələb edildiyi qeyd olunub.

 

Belə ki, imtahan verən tələbələrə cavablar yalnız ödəniş edildikdən sonra veriləcəyi deyilib. 

 

Tehsil.biz xəbər verir ki, ödəniş edilməsi üçün tələbələrə universitetin bank hesabı belə göndərilib.

 

Məsələ ilə bağlı universitetdən Tehsil.biz-in sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılaraq məlumat veriləcək.

 

"Bu adda bizdə müəllim yoxdur. Bu adda bir tələbə var, onun haqqında da artıq araşdırma başlayıb. Əgər hansısa sualların cavablarını hazırlayıb satırsa da, tələbə haqqında bu halda da ciddi ölçü götürüləcək. Ancaq göndərdiyiniz mesajda tələbənin pulu nə üçün istədiyi aydın olmur" -deyə universitetdən bildirilib.

 

 

 

Xəbər lenti