Logo

ADDA müəlliminin monoqrafiyası Almaniyada səkkiz dildə çap edilmişdir

26.05.2021 16:44 350 baxış
IMG

Müasir dünyada elm və texnikanın inkişafı kompüter texnologiyalarından istifadə etməklə mürəkkəb riyazi məsələlərin hesablanması zərurəti yaratmışdır. Bu şəkildə riyazi məsələlərin hesablanmasında İKT vasitələrindən istifadə edilməsi, bir növ mürəkkəb riyazi məsələlərin həlli yollarını özündə birləşdirən yeni elmi sahə kimi kompüter riyaziyyatının formalaşmasına səbəb olmuşdur.

 

Qoyulmuş riyazi məsələnin kompüterdə işlənməsi, həmin məsələnin riyazi modelinin parametrlərinə, texniki, texnoloji və metodoloji xüsusiyyətlərə uyğun olaraq təyin edilmiş məlumatların quruluşunun və xüsusiyyətlərinin müəyyənləşdirilməsində mühüm yer tutur.

 

Kompüter riyaziyyatında, riyazi məsələnin kompüterdə işlənməsində, müvafiq verilənlər bazasının məlumatlarının strukturunun və xüsusiyyətlərinin aydın və adekvat tərifi xüsusi aktuallıq qazanır. Bu vəziyyətdə, uyğun bir verilənlər bazası, verilənlər bazası idarəetmə sisteminin yaradılması və istifadəsindən, öz riyazi problemlərinə kompüter həlli taparkən məlumatların işlənməsi, ötürülməsi və istifadəsi metodlarından danışılır.

 

Bu problemin həlli ilə əlaqədar olaraq ADDA-nın İRM-nin müdiri, r.ü.e.d., “Dəniz Naviqasiyası” kafedrasının dosenti Rövşən Zülfüqar oğlu Hümbətəliyevin həmmüəllifi olduğu “Kompüter riyaziyyatında məlumatların işlənməsinin, ötürülməsinin və istifadəsinin texnoloji və metodoloji xüsusiyyətləri” adlı monoqrafiyasında “Kompüter riyaziyyatında verilənlər bazasının hazırlanması və istifadəsinin konseptual əsasları”, “Kompüter riyaziyyatında məlumatların işlənməsi və istifadəsi üsulları”, “Kompüter riyaziyyatında məlumatların işlənməsinin istifadəsinin informasiya və texniki xüsusiyyətləri” adlı bölmələr işlənilmiş və göstərilmişdir.

 

Monoqrafiya LAMBERT ACADEMY PUBLİSHİNG nəşriyyatında mart ayında rus dilində çap edilmiş, oxucular tərəfindən yüksək qiymətləndirilmişdir. Digər ölkələrdə də maraq oyatdığından monoqrafiya daha 8 dilə – ingilis, alman, fransız, ispan, portuqal, polşa, hollandiya və italiyan dillərinə tərcümə edilərək çap edilmişdir.

Xəbər lenti