Logo

Lənkəranlı məktəblilərdən orduya dəstək aksiyası

13.10.2020 14:43 445 baxış
IMG

Bu gün Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza hər bir Azərbaycan vətəndaşı özünəməxsus şəkildə dəstək nümayiş etdirir. Kimi duası ilə, kimisi könüllü orduya yazılmaqla, kimisi də əsgərlərin ərzaq və digər ehtiyaclarını ödəmək üçün yardımlar etməklə.

 

Tehsil.biz xəbər verir ki, ölkəmizin cənub bölgəsinin sakinləri də orduya dəstək aksiyalarına qoşulublar. Vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azərbaycan bayraqları ilə bəzədilmiş ərzaq dolu avtomobillər cəbhə bölgəsinə yola düşürlər.

 

Bu gün Azərbaycan ordusu ön cəbhədə tarix yazır. Azərbaycan əsgəri doğma torpaqlarımızı işğaldan azad edir. Qüdrətli ordumuz düşmənə diz çökdürüb. Xalqımız Azərbaycan Prezidentinin qətiyyətli mövqeyini dəstəkləyir və ordumuzla fəxr edir.

 

Dövlətin, xalqın və ordunun birliyinin bariz nümunəsi olan bu günlərdə lənkəranlı məktəblilər maraqlı bir aksiya keçiriblər. Onlar “Biz sizə inanırıq!”, “Sizin yanınızdayıq!”, “Sizin kimi Vətənimizi qorumağa hazırıq!” başlıqları altında əsgərlərimizə məktublar yazıb, kiçik zəruri ehtiyacları təmin edən müxtəlif ləvazimatlardan ibarət hədiyyələrini ön cəbhəyə göndəriblər.

AZƏRTAC

Xəbər lenti