Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 28 nəfər qeydiyyatdan keçib

13.10.2020 14:38 540 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu gün saat 12:20-yə olan məlumata görə, 28 nəfər (AB - 6, AC - 22) qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Xəbər lenti