Logo

Nizami Xudiyev vəfat etdi

25.05.2021 18:40 606 baxış
IMG

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

 

Bu barədə "Qafqazinfo"ya onun ailə üzvləri məlumat verib.

 

Bildirilir ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.

 

Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

 

O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

 

Allah rəhmət eləsin!

Xəbər lenti