Logo

Müəllimlər narahatdır: "Yanmış məktəb binası nə zaman inşa olunacaq?"

24.05.2021 17:32 633 baxış
IMG

Xaçmaz rayonunun Palçıqoba kənd tam orta məktəbi 2020-ci ilin iyul ayında yanmışdı.

 

Ümumi sahəsi 550 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 330 m² sahədə və bir otağının yanar konstruksiyaları 47 m² sahədə yanaraq yararsız hala düşmüşdü.

 

Hazırda məktəbin yararsız halda olduğundan şikayətlənən kənd sakinləri və müəllimlər yeni məktəb binasının tikintisini və ya hazırkı binanın təmir edilməsini səbirsizliklə gözləyirlər.

 

Məsələ ilə bağlı Xaçmaz rayon Təhsil Şöbəsindən Tehsil.biz-in sorğusuna cavab olaraq bildirildi ki, problemin həll olunması ilə əlaqədar müvafiq qurumlara müraciət olunub və yaxın zamanlarda yeni məktəb binasının inşasına başlanılacaq.

 

Qeyd edək ki, hal-hazırda beş kənddən təxminən 350 şagird məktəbdə təhsil alır. Yanğından sonra isə 2020-2021-ci tədris ilində dərslər yardımçı binada keçirilir.

Xəbər lenti