Logo

Çinə məxsus cihaz Marsda tədqiqatlara başlayıb

22.05.2021 15:34 359 baxış
IMG

Çinə məxsus “Juronq” (Zhurong) təkərli cihazı Marsda eniş kürsüsünü tərk edərək tədqiqatlara başlayıb.

 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Milli Fəza Administrasiyası (CNSA) bildirib.

 

Qeyd edək ki, “Tianwen 1” (səmavi suallar) araşdırma missiyası çərçivəsində qonşu planetə göndərilən “Zhurong” cihazı mayın 14-də mənzil başına çatdırılıb. Bununla da Çin SSRİ və ABŞ-dan sonra Marsa cihaz endirməyə müvəffəq olan üçüncü ölkə olub.

Xəbər lenti