Logo

Misir agentliyinin saytında “Xarıbülbül” festivalı haqqında geniş məqalə yayımlanıb

21.05.2021 15:23 352 baxış
IMG

Misirin “Asiyaelyoum” informasiya agentliyinin saytında AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar” sərlövhəli məqaləsinin ərəb dilinə tərcüməsi yayımlanıb.

 

Qarabağ Zəfərinin davamı olan “Xarıbülbül” musiqi festivalının daha bir uğur hekayəsi olduğu vurğulanan məqalədə tarixə yazılan bu günlərin uzun illərin ayrılığından sonra qovuşduğumuz, qucaqladığımız yurd yeri, bənzərsiz hadisə olduğu qeyd edilir. Müəllif yazır ki, “Xarıbülbül”ün qayıdışı multikulturalizmin Azərbaycan modelinin daha bir parlaq nümayişi idi və qədim Şuşadan dünyaya musiqinin dili ilə ibrətamiz mənəvi-siyasi mesajlar ünvanlanırdı.

 

Məqalədə misirli oxuculara əyilməyən, sınmayan və Azərbaycan ruhunu qoruyan Şuşanın tarixi, ulu öndər Heydər Əliyevin bu qədim şəhər haqqında kəlamları, Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək mədəniyyət paytaxtımızı düşmən işğalından azad etməsi barədə geniş məlumat verilir. Müəllif vurğulayır ki, musiqi və birlik, qayıdış və milli ləyaqət bayramı olan “Xarıbülbül” festivalı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu.

 

Məqalədə Şuşadan dünyaya verilən mühüm mesajlardan bəhs olunur. Müəllif qeyd edir ki, bunlar, azərbaycanlıların qurucu və yaradıcı xalq olduğu, onunla birlikdə Şuşaya sivilizasiyanın da qayıtmasıdır. “Zənnimcə, ən önəmli mesajlardan biri birinci xanım Mehriban Əliyevanın sosial şəbəkələrdəki səmimi paylaşımları, eləcə də festival iştirakçıları tərəfindən Şuşada gəzinti zamanı çəkilmiş kadrlar idi. Həmin paylaşımlardan, videolardan aydın şəkildə görünür ki, bu qədim şəhərdə artıq həyat qaynayır, hər yerdə bərpa işləri gedir. Yəqin ki, bu kadrları işğal illəri ərzində dağıdılmış şəhər və kəndlərdə törədilən barbarlıq aktlarını qeydə almaq üçün Qarabağa gəlməkdən imtina edən UNESCO məmurları da görürlər. Görürlər ki, burada bərpa işləri necə səylə və dəqiqliklə aparılır”, - deyə müəllif yazır.

Xəbər lenti