Logo

Riyaziyyatçı alimlərin kitabı Almaniyada nəşr olunub

20.05.2021 12:21 449 baxış
IMG

Riyaziyyat və Mexanika İnstitutunun sabiq professoru və hazırda Kanadanın “International Journal of Chemoinformatics and Chemical Engineering” (IJCCE) jurnalının redaktor müavini, fizika-riyaziyyat elmləri doktoru, maye və qaz mexanikası üzrə mütəxəssis Faiq Nağıyev və onun tələbəsi Gülşən Axundova tərəfindən hazırlanmış ikihissəli “Mathematical Methods” kitabı Almaniyada nəşr olunub.

 

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, kitabdakı mövzular tətbiqi riyaziyyat və mexanika təhsili alan tələbələr üçün nəzərdə tutulub. Yeni nəşr hesablama üsullarını və bu üsulların tətbiqi ilə bir çox həll nümunələrini ehtiva edir. Vəsaitin 1-ci hissəsində 18 mühazirə və 18 məşğələ materialı, 2-ci hissəsində isə 16 mühazirə və 16 məşğələ materialı və hər iki hissədə əlavə olaraq məsələlərin həlli üsulları verilib.

 

Sözügedən nəşr xarici ölkələrdə təhsil alan tələbələrə “Calculus” fənninin və Azərbaycanda ali riyaziyyat fənninin sərbəst öyrənilməsi üçün qiymətli vəsaitdir.

Xəbər lenti