Logo

Türkiyə məktəblisinin duyğulu addımı

13.10.2020 11:03 439 baxış
IMG

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Van şəhərinin 12 yaşlı məktəblisi, özünə planşet almaq üçün yığdığı bir miqdar pulu Azərbaycan Silahlı Qüvvələrinə bağışlayan İsranura məktub yazıb:

"Əziz İsranur, sənin Azərbaycan Prezidentinə ünvanladığın, ölkəmizə olan sevgini göstərən duyğulu məktubun hər bir soydaşımız kimi məni də təsirləndirdi. Sən özünə planşet almaq üçün yığdığın 36 lirəni Azərbaycan ordusuna göndərməklə, yaşın az olsa da, nə qədər böyük ürəyə malik olduğunu göstərmisən. Sənin bu qayğıkeşliyin iki qardaş ölkənin bir-biri ilə necə möhkəm qardaşlıq bağlarına sahib olduğunun bir göstəricisidir.

Çox şadam ki, mənim və yəqin ki onminlərlə Azərbaycan vətəndaşının düşündüyü addımı Azərbaycan ASAN könüllülərindəki gənc qardaş-bacıların atıb; onlar hamımızın duyğu və düşüncələrinə tərcüman olaraq, dərslərinizi daha rahat oxumanız üçün sənə və bacı-qardaşlarına “noutbuk”lar alıb, öz ürək sözlərini sənə ünvaladıqları məktubda yazıblar. Fürsətdən istifadə edib, bir daha sənə və sənin qayğıkeşliyinə biganə qalmayan ASAN könüllülərinə belə nəcib addım üçün təşəkkür edirəm!

Əziz İsranur,  səninlə hələ gerçək həyatda tanış olmadığımız üçün və ünvanını bilmədiyim üçün ürək sözlərimi açıq məktub formasında yazdım. Ümidvaram, ürək sözlərim sənə çatacaq.

İnşallah, Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı tam azad edəcək, dağılmış məktəblər bərpa olunacaq və səni o məktəblərdə görüşə dəvət edəcəyik, burada azərbaycanlı həmyaşıdlarınla yaxından tanış olacaqsan.

Xahiş edirəm, mənim salamlarımı ata-anana, bütün ailə üzvlərinə, doğmalarına və müəllimlərinə çatdırasan.

Sevgilərlimə:
Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri"

Xəbər lenti