Logo

Məktəb direktoru qalmaqallı paylaşımlarına görə açıqlama verdi

18.05.2021 18:37 4329 baxış
IMG

23 saylı Kəlbəcər tam orta məktəbin direktoru Həqiqət Şükürova son zamanlar haqqında paylaşılan məlumatlara aydınlıq gətirib.
 

Tehsil.biz xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında paylaşım edərək fikirlərə münasibət bildirib.
 

Direktorun sözügedən yazısını olduğu kimi təqdim edirik:
 

"Salam, əziz feysbuk dostlarım, axır ki, men sükutumu pozmaq qərarına gəldim. Əvvəla dostluğumda olan və olmayan hər kəsə təşəkkür edirəm  Məni müdafiə etdiyiniz üçün. Bu yazım məni ləkələməyə çalışanlaradır.....

Son zamanlar sosial şəbəkədən uzaqlaşmama səbəb mənə qarşı olan haqsızlıqlardır. Yəni, bu qədərmi bizlər cılızlaşmışıq?! Mənim 3 il öncə, lap olsun 1 il öncə yay məzuniyyətində olarkən avtomobildə musiqi dinləməyim burada hansı qəbahət var? Axi mən heç bir videomu heç bir sosial şəbəkədə paylaşmamışam?! Şəxsi mənə aid olan videonu bu qədər bayağılaşdırmaqla nə qazanırsız? Mənim şəxsimə aid olan video və ya foto niyə paylaşılmalıdır? Və yaxud iş yerimdə,kabinetimdə, şagirdlərimlə olmayıbsa, bunun mənim məktəb direktorluğuma nə aidiyyatı var? Niyə mənim rəhbərlik etdiyim məktəbdən bir şikayət gəlmir? Niyə bir valideyn, niyə bir şagird bunu etmir? Mənim rəhbərlik etdiyim məktəb həm infrastruktur cəhətdən, həm də şagird qəbulu nəticələrinə görə öndə gedən köçkün məktəbləri sırasındadır? Niyə axı öncə yaxşı işi işıqlandırmayıb, ancaq pis mövqeyə üstünlük verilsin? Mənim heç kimə zərrə pisliyim keçməyib, heç o ürək məndə yoxdur. Bəs bu gün cəmiyyətimiz o qədərmi korlanıb ki,bir qadına bu qeder şər-böhtan atmaqla kişilik statusu qazanırlar! Bu işlərin hamısı Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdir masası boşalandan sonra baslayıb. Buradan açıq-aşkar elan edirəm: "Mənim heç bir müdirlikdə gözöm yoxdur, heç fikrim də yoxdur". Məndən əl çəkin! Mənim tək məqsədim rəhbərlik etdiyim sahədə rayonumuzu tanıtmaq və məktəbimizin adını yüksəltməkdir! Vəzifə bu gün var, sabah olmaya biler, men Heqiqet Sukurova bu gün varam, bəlkə heç sabah olmadım, amma məni ləkələyənlər az da olsa, vicdanınıza hesab verin, mən axı sizlərə heç bir pislik etməmişəm!"

Xəbər lenti