Logo

Kamal Təhsil Mərkəzindən xaricdə təhsil almaq üçün əla fürsətlər

18.05.2021 18:05 193 baxış
IMG

Xaricdə təhsil günümüzdə əksər tələbələrin əsas arzusuna çevrilmişdir.  Son illər dünya ölkələrində, eləcə də Azərbaycanda xaricdə təhsil almaq məsələsi trend mövzuya çevrilmişdir.  Yerli tələbələrimizin ən çox xaricə oxumağa getdikləri ölkə qardaş dövlət Türkiyədir. Qədim bir tarixə  malik olan Türkiyə Şərq və Qərbin kəsişməsində yerləşir. Dil, mədəniyyət, adət-ənənə və s. cəhətdən bağlılığımız, inkişaf edən iqtisadiyyat və təhsil sistemi, əhalinin qonaqpərvərliyi, mehribanlığı  və Türkiyənin bölgədə ən təhlükəsiz ölkələrdən biri olması Azərbaycanlı  tələbələrin Türkiyəni seçmə şansı artır. Türkiyə ali təhsil müəssisələri   inkişaf etmiş ölkələr səviyyəsində tədris xidmətləri təklif edir.  Ölkədə 206 universitet vardır ki, onlardan 129-u dövlət, 77-si özəldir. Universitetlərdə xarici tələbələr seçimlərindən asılı olaraq həm ingilis, həmçinin türk dilində təhsil ala bilərlər.

 

Bəs nəyə görə Türkiyədə ali təhsil almağa dəyər?

 

  • Təhsil-tədris standartlarının yüksək keyfiyyətli olması
  • Dünya keyfiyyətli təhsil sıralamasında ilk 1000 universitetdən 18-i Türk universitetləridir.
  • Universal və istəyə uyğun çoxsaylı ixtisas proqramlarının mövcudluğu
  • Universitetlərə qəbul prosedurunun olduqca sadə və qısamüddətli olması
  • Yaddaşlardan silinməyəcək tələbə həyatı,  tələbələrə dövlət tərəfindən ümumi tələbə  xərcləri cəhətdən bir çox güzəştlərin edilməsi
  • Beynəlxalq arenada tanınan universitet diplomları
  • Tələbə büdcəsinə uyğun və güvənilir təhsil almaq imkanı
  • Türk qonaqvərliyi və mehriban sosial mühit sayəsində ölkəyə qısa vaxtda adaptasiya edə bilmək
  • Tələbə xərclərinə uyğun yaşayaış imkanları

 

Türkiyə dövlət universitetlərində xarici tələbələr üçün  təhsil  ödənişləri 200-950 AZN  arası dəyişir. Türkiyədə təqaüdlü təhsil almaq üçün burslara, yəni təqaüd proqramlarına müraciət edə bilərsiniz. Göstəriciləriniz yüksəkdirsə, təqaüd qazanmaq şansınız çoxalır.

 

Türkiyə universitetlərinə qəbul olmaq üçün nələr tələb olunur?

 

  • Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən Attestat
  • 9,10,11-ci siniflər üzrə qiymət cədvəli (Transkript)
  • Magistr təhsili üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
  • Şəxsiyyət vəsiqəsi
  • Ümumvətəndaşlıq pasportu
  • 8 ədəd 3*4 sm ölçüdə sənəd şəkli
  • 8 ədəd 4.5*6 sm ölçüdə sənəd şəkli
  • Sağlamlıq haqqında şəkilli arayış
  • Türkiyədə ingilis dilində təhsil almaq üçün TOEFL və SAT imtahan göstəricisi

 

18 yaşınız tamam olmayıbsa, o zaman notariusdan ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsi

 

QEYD: Universitetlərin daxili administrativ qaydalarına əsasən əlavə sənədlər tələb oluna bilər.

 

Türkiyədə yaşam xərcləri nə qədər təşkil edir?

 

Türkiyə universitetlərinin  əksəriyyəti xarici tələbələri yaşayış yeri ilə təmin edir. Yataqxanaların qiyməti 130 AZN-dən başlayır. Qida xərclərinə gəldikdə, yaşayış yerlərinin ətrafında hər büdcəyə uyğun marketlər yerləşir.  Öz qida rsionunuza və büdcənizə uyğun arzulanan alış-veriş edə bilərsiniz. Nəqliyyat xərcəri cəhətdən  xarici tələbələrə bir çox güzəçtlər edilir. Xüsusi endirimli tələbə gediş kartı və s. Ümumiyyətlə Türkiyədə ictimai nəqliyyat sistemi yaxşı qurulmuşdur.

 

Sadalananları belə ümumiləşdirə bilərik ki, bir tələbə üçün qida, yaşayış, nəqliyyat və digər  bu kimi xərclər daxil olmaqla ortalama 350 – 800 AZN arası maliyyə imkanı kifayət edir.

 

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. "KAMAL" xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.

 

012-480-25-78;

055-580-25-78;

070-580-25-78.

 

Ünvan: N.Nərimanov M/st, Faiq Yusifov 31.

Xəbər lenti