Logo

BDU-nun Geologiya fakültəsində elmi seminar keçirilib

18.05.2021 17:52 486 baxış
IMG

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində  "Mezo-kaynozoy çöküntülərinin mineroloji-geokimyəvi və kristallokimyəvi xüsusiyyətləri" mövzusunda onlayn elmi seminar keçirilib.

 

Elmi seminarda geokimya, mineralogiya və dəniz və okeanların geologiyası ixtisaslaşmaları üzrə II kurs magistrantlar apardıqları tədqiqatlar və aldıqları nəticələr barədə məlumat veriblər.

 

Seminarda iştirak edən dosentlər Kərim Rəhimov, Afət Şirinova və Nurəddin Abbasov çıxış edərək məruzələrlə bağlı fikirlərini bildiriblər.

 

Elmi seminar mövzular ətrafında fikir mübadiləsi ilə başa çatıb.

Xəbər lenti