Logo

UFAZ-ın tələbələrinin Neft və Qaz İnstitutunda təcrübəsi davam edir

18.05.2021 16:48 346 baxış
IMG

Neft və Qaz İnstitutunda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin quyuların qazılması texnologiyaları üzrə təcrübəsi davam edir.

 

İnstitutdan bildirilib ki, elmi müəssisənin Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsində UFAZ-ın tələbələri Orxan Mürsəlli və Ramazan Səfərov təcrübə keçir. Onlar professor Qalib Əfəndiyevin rəhbərliyi ilə “Quyuların qazılması zamanı qoruyucu kəmərin endirilməsi prosesinin təhlili və etibarlılığının qiymətləndirilməsi” və “Qazma zamanı yaranan mürəkkəbləşmələrin erkən diaqnostikasında müasir üsullar” mövzusunda buraxılış işlərini yerinə yetirirlər.

 

Tələbələr təcrübə müddətində qoruyucu kəmərin endirilərkən yaranan qəza və çətinliklərinə aid işlərlə tanış olublar və yaranan geoloji şəraitin və texnoloji prosesin pozulmasının təhlilində iştirak ediblər. Onlar qoruyucu kəmərin endirilməsi zamanı çətinlik risklərinin təhlili ilə yaxından tanış olublar.

Xəbər lenti