Logo

Dilin yaranmasında hamı tərəfindən anlaşılan səslərin roluna dair tədqiqat aparılıb

18.05.2021 16:02 422 baxış
IMG

Birminhem Universitetindən tədqiqatçıların Danimarka, ABŞ, Estoniya və digər ölkələrdən olan həmkarları ilə birlikdə gəldiyi qənaətə görə, dilin yaranmasında hamı tərəfindən anlaşılan səslərin rolu lazımınca qiymətləndirilmir.

 

AZƏRTAC “Nauka i jizn” sayında istinadla xəbər verir ki, eksperimentdə 12 müxtəlif dil ailəsindən 28 dildə danışan insanlar iştirak ediblər. Həmin sırada xüsusən şifahi formada mövcud olan dillər də yer alıb. Eksperiment iştirakçıları canlıları, cansızları bildirən, yaxud əşyaların xüsusiyyətlərinə, saylara, işarə əvəzliklərinə aid ingilis dilində sözləri dinləyiblər və bu səslərin nəyi bildirdiyini təxmin etməli olublar.

 

“Scientific Reports” nəşrində dərc olunmuş məqalədə qeyd edilir ki, dillər arasında böyük fərqlərin olmasına baxmayaraq, bəzi səslərin mənası kifayət qədər dəqiq tapılıb. Məsələn, “sleep” (isim kimi yuxu, feil kimi yatmaq) sözünü iştirakçıların çoxu yatmaq və yuxu və ilə bağlı hesab edib - dəqiqlik 98,6 faiz olub. Lakin “that” (işarə əvəzliyi o) sözündə dəqiqlik 34,5 faiz olub. Ümumiyyətlə, səslərin mənası daha yaxşı bu sözlərdə duyulub: eat (yemək), child (uşaq), tiger (pələng), water (su).

 

Müəlliflərin gəldiyi nəticəyə görə, dil təkcə ikonik işarələrdən deyil, həmçinin müəyyən səslərdən başlanıb. Həmin səslər özünəməxsus təsvir rolunu oynaya bilərdi – onları vizual işarələrin köməyi olmadan hamı anlaya bilərdi. Vizual şəkildə hamı tərəfindən anlaşılan əlamətlərin səslərlə necə qarşılıqlı olması məsələsi isə gələcək tədqiqatların mövzusudur.

Xəbər lenti