Logo

BDU-da "Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli" mövzusunda tədbir keçirilib

18.05.2021 13:20 468 baxış
IMG

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq, Kimya və Coğrafiya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə "Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli" mövzusunda onlayn tədbir keçirilib.

 

Tədbirdə Coğrafiya fakültəsi dekan müavini Ramiz Əhlimanov və Kimya fakültəsi dekan müavini Taleh Qəhrəmanov çıxış edərək ekoloji problemlərin yaranma səbəbləri, ekoloji pozğunluğun aradan qaldirilmasının həlli yolları,  Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpaqlarımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə ətraflı məlumat veriblər.

 

Görüşdə Coğrafiya fakültəsi TGT sədri Mədinə Quluzadə, Ekologiya və torpaqşünaslıq fakültəsi TGT sədri Nigar Muxtarzadə, Ekologiya və torpaqşünaslıq fakültəsi TGT sədrinin müavini Nəzrin Süleymanova, Kimya fakültəsi TGT sədri Əli Qədirli çıxış edərək ictimayətin diqqətinin ətraf mühitin qorunmasına cəlb edilməsinin vacibliyi,  ölkəmizdə ətraf mühitin qorunması və  ekoloji problemlərin həllində müxtəlif elm sahələrində calışan insanların birgə fəaliyyətlərinin müsbət nəticələrı  haqqında  bəhs ediblər.

 

Dəyirmi masa mövzu ətrafında ətrafında müzakirə ilə davam etdirilib.

Xəbər lenti