Logo

"Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq" mövzusunda vebinar

18.05.2021 13:07 411 baxış
IMG

Bakı Dövlət Universitetinin  (BDU) Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunda növbəti elmi vebinar keçirilib. Vebinarda Şahvələd Mustafayev "Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq" mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə ştanqlı quyu nasos üsulu ilə istismar olunan quyularda boruarxası fəzadan ayrılan qaz yığılması üçün yerüstü avadanlıq işlənib hazırlanması haqqında məlumat verilib, bu avadanlıqların quyuda əlverişli iş rejimi yaradacağı, boruarxası qaz itkisinin qarşısını alınması göstərilib.

 

Vebinarda  Türkiyə və İrandan olan riyaziyyatçı alimlər, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər.

 

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbər lenti