Logo

BDU-nun Jurnalistika fakültəsində TEC-in növbəti elmi seminarı keçirilib

18.05.2021 12:48 409 baxış
IMG

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan fakültə TEC-in elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova elmi seminarın mövzusu və məruzəçisi ilə bağlı iştirakçıları məlumatlandırıb.

 

Fakültənin ingilis bölməsində təhsil alan üçüncü kurs tələbəsi Nəzrin Beydiyeva “Müasir dövrdə araşdırma jurnalistikasının problemləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi araşdırma jurnalistikasının yaranma tarixi, inkişaf meylləri, eyni zamanda müasir dövrdə jurnalistlər üçün yaranmış əsas problemlərdən bəhs edib.

 

Daha sonra Jurnalistika fakültəsi TEC sədri Ruhiyyə Balakişiyeva çıxış edərək növbəti tədris ilində TEC-in təşkilatçılığı ilə fərqli formatda keçirilməsi planlaşdırılan elmi seminarlar, debatlar, simpoziumlar və digər  tədbirlər haqqında məlumat verib.

 

Sonda tələbələrin sualları əsasında diskussiya aparılıb.

Xəbər lenti