Logo

Azərbaycan Texniki Universiteti (AzTU) COVİD-19 dönəmində - SORĞU

18.05.2021 12:20 1236 baxış
IMG

""Tehsil.biz" xəbər portalı pandemiya dövründə Azərbaycan universitetlərində tədrisin gedişi ilə bağlı "Sorğu" layihəsini davam etdirir.


Növbəti sorğumuz
Azərbaycan Texniki Universiteti ilə bağlıdır.


***

 

- Pandemiya dövründə tədrisin təşkili ilə bağlı ümumi məlumat...
 

2020-ci il martın 30-dan Azərbaycan Texniki Universiteti (AzTU) koronavirus pandemiyası ilə əlaqədar onlayn dərslərə start verdi. Ötən il tələbələr "Zoom" proqramından istifadə etməklə dərsə qoşulurdularsa bu ildən etibarən onlayn dərslər “Microsoft Teams” platforması üzərindən aparılır. Onlayn dərslər zamanı universitet internet problem olan tələbələri də nəzərə alıb. Onların siyahısı müəyyənləşdirilib və "Azercel" şirkətinin güzəştli tariflə təqdim etdiyi internet paketi ilə təmin edilib. Bildiyiniz kimi. Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq yaz semesteri imtahanları bu ildə distant (məsafədən) keçiriləcək.
 

- Hazırda universitetdə təhsil alan tələbələrin sayı nə qədərdir?

Hazırda universitetdə 7830 bakalavr, 959 magistr, 132 doktorant təhsil alır.

- Təhsil alan tələbələrin hər biri distant təhsildən yararlana bilirmi?

Hazırda tələbələrin onlayn dərslərə davamiyyəti 90-95 faiz təşkil edir. Qeyd etdiyimiz kimi, internet problem olan tələbələrin siyahısı müəyyənləşdirilərək onlara köməklik olunur. Düşünürəm ki, 90-95 faiz dərsə davamiyyət müsbət göstəricidir. Bir sözlə tələbələrin onlayn dərslərə problemsiz qoşulması üçün bütün texniki imkanlardan istifadə olunur.


- Pandemiya dövründə tələbələr üçün edilən güzəştlər...

Qeyd etdiyimiz kimi pandemiya dövründə tədris onlayn aparılır. Tələbələrə qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştlər edilir.

- Müəllimlərin iştirakı necə idi? Keyfiyyətli tədris təşkil edildimi?


Hazırda universitetin əsas hədəfi tədrisin keyfiyyətinin yüksəldilməsidir. Şüarlarımızdan biri də “Keyfiyyətli tədris! Yumşaq qiymətləndirmə!”dir. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün xarici universitetlərlə əməkdaşlıq davam etdirilir. Həmin universitetlərin mütəxəssisləri AzTU-nun pedaqoji heyətinə təlimlərə cəlb edilib.

 

Sorğuda iştirak etdiyi üçün 
Azərbaycan Texniki Universitetinə təşəkkür edirik!

Xəbər lenti