Logo

Türkiyə və Gürcüstanın qiyabi təhsil diplomları Azərbaycanda tanınmır

18.05.2021 08:57 1013 baxış
IMG

Türkiyə və Gürcüstanın əyani təhsil verən universitetlərinin diplomları isə həmin ölkələrdə tanındığı halda Azərbaycanda da tanınır.

 

Azərbaycanda Türkiyə və Gürcüstanın qiyabi təhsil diplomları tanınmır. Bu barədə Təhsildə Keyfiyyat Təminatı Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, Türkiyə və Gürcüstan istisna olmaqla digər ölkələrin universitetlərinin qiyabi təhsillə bağlı diplomları isə yoxlanılır. Yəni, diplomu tanıtmaq istəyərkən dərslərdə iştirak, giriş-çıxış və digər nüanslar nəzərə alınır.

 

Türkiyə və Gürcüstanın əyani təhsil verən universitetlərinin diplomları isə həmin ölkələrdə tanındığı halda Azərbaycanda da tanınır.

Xəbər lenti