Logo

Buraxılış imtahanında yüksək nəticəni Beyləqan məktəblisi göstərib

17.05.2021 20:01 694 baxış
IMG

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-si və 23-də keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 26 469 nəfərdən 277 nəfəri imtahana gəlməyib.

 

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.

 

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib.

Xəbər lenti