Logo

BDU-da “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda vebinar keçirilib

17.05.2021 17:16 467 baxış
IMG

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda vebinar keçirilib.

 

Vebinarda Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak ediblər.

 

Məruzəçi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən danışıb, onun ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirərək, tövsiyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edilməsindən bəhs edib. Həmçinin xarici siyasətin Azərbaycan modelinin bütün dünya üçün nümunəyə çevrilməsində Ulu Öndərin gərgin əməyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov və fakültənin III kurs tələbəsi Günel Şahbazova çıxışlarında  məhz Ulu Öndərin müəyyənləşdirdiyi uğurlu xarici siyasi kursun davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının tarixi qələbəmizə yol açdığından söz açıblar.

 

Vebinarın sonunda tələbə və müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbər lenti