Logo

Azərbaycan Universiteinin iki tələbəsi magistratura payız semestrini İtaliyada oxuyacaqlar

17.05.2021 16:48 418 baxış
IMG

Azərbaycan Universitetinin 2 tələbəsi – Elimxan Əliyev və Nigar Rəhimova 2021/2022-ci tədris ilinin payız semestrində təhsillərini İtaliyanın Sapienza Universitetində davam etdirəcəklər. Tələbələr qeyd olunmuş tərəfdaş ali təhsil müəssisəsində “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsil almaq hüququ əldə ediblər.

 

Elimxan Əliyev MBA (Maliyyə), Nigar Rəhimova isə Dilşünaslıq (İngilis dili) ixtisası üzrə magistratura birinci kurs tələbəsidir.

 

Qeyd edək ki, beynəlxalq təcrübənin öyrənilməsi və mübadilə prosesində iştirakın təhsilin mühüm tərkib hissəsi olduğuna inanan Azərbaycan Universiteti beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir və tələbələrin  xaricdə təhsil almaları üçün təşəbbüslər irəli sürür. Tələbələrə və akademik heyətə Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+”, Alman Akademik Mübadilə Xidməti (DAAD) və  Türkiyə Respublikasının maliyyələşdirdiyi “Mevlana” proqramı üzrə Avropa və Türkiyənin tərəfdaş ali təhsil müəssisələrində tələbə və müəllim mübadiləsi imkanları təklif olunur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti