Logo

"Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş Gənclər Simpoziumu” layihəsi həyata keçiriləcək

17.05.2021 16:45 477 baxış
IMG

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş Gənclər Simpoziumu” layihəsi həyata keçiriləcək.

 

Layihənin əsas məqsədi Ümummilli liderin həyatı və fəaliyyəti haqqında gənclərin araşdırmalara sövq edilərək maarifləndirilməsi, dövlətçiliyin daha geniş təbliğ olunması, gənclərin davamlı inkişafının təmin edilməsidir.


Layihə çərçivəsində iştirakçılar öz araşdırmalarına əsasən hazırladıqları məqalələrlə çıxış etməklə yanaşı, təşkil ediləcək müxtəlif ekskursiyalar, sərgi və digər fəaliyyətlərdə iştirak edəcəklər.

Xəbər lenti