Logo

Prezident İlham Əliyev Qəbələdə məktəb binasının inşası ilə bağlı sərəncam imzalayıb

17.05.2021 15:16 428 baxış
IMG

Prezident İlham Əliyev Qəbələdə yol tikintisi və məktəb binasının inşası ilə bağlı sərəncamlar imzalayıb.

 

Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

 

Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə isə Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Xəbər lenti