Logo

BMU tələbəsi Gənc Liderlər Proqramını uğurla başa vurub

17.05.2021 15:05 340 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Fizika müəllimliyi ixtisasının II kurs tələbəsi Rayaxanım Ağazadə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında uğurla iştirak edib.

 

Proqramın məzunu kimi BMU tələbəsi R.Ağazadə Azərbaycan Dövlət Televiziyasının (AzTV) “GəncSən” verilişində çıxış edib. O, məzunu olduğu proqramın, keçirilən tədbir və görüşlərin gənclər üçün əhəmiyyətindən danışıb. BMU tələbəsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə və ölkənin inkişaf strategiyasının həyata keçirilməsinə verdiyi töhfələr barədə geniş məlumat verib.

 

Məlumat üçün bildirək ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına dəstək verməkdir. Proqram Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.

 

Gənc liderlər proqramının iştirakçıları ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri və hadisələrə baxışları, həmçinin ünsiyyət, əlaqə qurmaq bacarıqları, komanda ilə müstəqil işləmək təcrübəsi kimi meyarlara sahib olan potensiallı gənclərdir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti