Logo

Bakı Dövlət Universitetində təkmilləşdirmə kursları başa çatıb

16.05.2021 17:25 365 baxış
IMG

Professor-müəllim heyətinin təkmilləşməsinə, onların qabaqcıl nailiyyətləri mənimsəməsinə böyük diqqət yetirən Bakı Dövlət Universitetində (BDU) növbəti təkmilləşdirmə kursları başa çatıb. Kurslarda müəllimlər müasir tədris, pedaqoji və psixoloji metodları, tədrisdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə imkanları ilə tanış olublar.

 

Cari ilin 5 aprel - 5 may tarixlərində keçirilən kurslarda 160-dan çox müəllim iştirak edib. Təlimlərdə “Pedaqogika və müasir təlim metodları”, “Pedaqoji və tətbiqi psixologiya” və “Təhsildə İKT” fənləri tədris olunub.  Kurs proqramına “Microsoft Teams platformasında akademik dərslərin təşkili”, “Onlayn dərslərin təşkili və keçirilməsi”, “Onlayn dərslərdə proqram təminatlarından istifadə”, “İnformasiya cəmiyyəti və onun formalaşmasında İKT-nin rolu”, “Müasir İKT vasitələrindən istifadə etməklə tədrisin təşkili”, “Tədrisdə multimedia vasitələri və animasiyalar”, eləcə də “Qafqazın beynəlxalq nəqliyyat və kommunikasiya əlaqlərində iştirakı”, “Ermənistanın Azərbayana hərbi təcavüzü”, “Dağlıq Qarabağ münaqişəsinə son qoyulması” kimi mövzular daxil edilib.

 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti