Logo

"Ümummilli liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilib

16.05.2021 17:23 305 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ümummilli liderimiz - Heydər Əliyev" adlı onlayn tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov Ümummilli Lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti və gənclərə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib.

 

Tədbirdə Kimya fakültəsi dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Kimyanın tədrisi metodikası kafedrasının dosenti Kamil Haqverdiyev və Fiziki və kolloid kimya kafedrasının dosenti Qəzənfər Bayramov Ulu Öndərin uğurlu dövlət quruculuğu siyasəti haqqında çıxış ediblər.

 

Tədbirdə Kimya fakültəsi TGT sədri Əli Qədirli, TEC sədri İsa İsayev, THİK sədri Fidan Hüseynli, fakültənin ikinci kurs tələbələri - Fərəh Kərimli, Səmanə Cavadova, birinci kurs tələbələri - Türkan Mahmudova və Zəkiyyə Məmmədova Ümummilli Lider Heydər Əliyev haqqında çıxış ediblər.

 

Tədbirdə tələbələrin hazırladığı Ulu Öndər haqqında videoçarx nümayiş etdirilib.

Xəbər lenti