Logo

Daha 4 peşə ixtisası üzrə səriştələr qiymətləndiriləcək

16.05.2021 16:34 828 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi mobil telefonların təmiri ustası, qənnadçı-şirniyyatçı, bərbər və  plastik boru qaynaqçısı ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı təqdim edir.

 

Belə ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurs, dərnək, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə biliklərə yiyələnmiş mobil telefon ustaları, qənnadçı-şirniyyatçılar, saç ustaları və qaynaqçılar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatı müvafiq keçiddən (https://bit.ly/2S29hfS) əldə edə bilərlər. İmtahanlarda iştirak üçün artıq  qeydiyyatdan (https://bit.ly/2RkR5xK) keçmək də mümkündür.

 

Qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom  təqdim ediləcək.

Xəbər lenti